Tədbir çərçivəsində mənfəət vergisi bəyannaməsinin tərtib edilməsi, şirkətlərin illik gəlir və xərclərinin düzgün uçotunun aparılması, eləcə də maliyyə məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə hazırlanması qaydaları barədə ətraflı məlumat təqdim olunmuşdur.
Eyni zamanda vergi qanunvericiliyinin əsas müddəaları, o cümlədən mənfəət vergisinin hesablanma mexanizmi, tətbiq olunan vergi güzəştləri və istisnalar, həmçinin vergi bəyannamələrinin hazırlanması zamanı yol verilə biləcək səhvlər və uyğunsuzluqların qarşısının alınması məqsədilə risklərin idarə edilməsi və nəzarət mexanizmləri müzakirə edilmişdir.
Tədbirdə Resurs Effektivliyi Mərkəzinin həmtəsisçisi Tural Məmmədov və Azərbaycan Konsaltinqlər Assosiasiyasının İdarə Heyətinin üzvü, eyni zamanda Resurs Effektivliyi Mərkəzinin həmtəsisçisi Namiq Qurbanov ekspert qismində çıxış etmişlər.
Ekspertlər çıxışları zamanı iştirakçıları Vergi Məcəlləsində baş vermiş son dəyişikliklər, vergi və maliyyə hesabatlılığı sahəsində tətbiq olunan yeni yanaşmalar, eləcə də praktiki həll yolları barədə məlumatlandırmış, iştirakçıların suallarını ətraflı şəkildə cavablandırmışlar.
