Mənfəət vergisi bəyannaməsi və Vergi Məcəlləsindəki dəyişikliklərlə bağlı seminar keçirilib
Tədbir çərçivəsində mənfəət vergisi bəyannaməsinin tərtib edilməsi, şirkətlərin illik gəlir və xərclərinin düzgün uçotunun aparılması, eləcə də maliyyə məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə hazırlanması qaydaları barədə ətraflı məlumat təqdim olunmuşdur.

Eyni zamanda vergi qanunvericiliyinin əsas müddəaları, o cümlədən mənfəət vergisinin hesablanma mexanizmi, tətbiq olunan vergi güzəştləri və istisnalar, həmçinin vergi bəyannamələrinin hazırlanması zamanı yol verilə biləcək tipik səhvlər müzakirə edilmişdir.
Seminarda iştirakçılar praktiki nümunələr üzərində işləyərək, real hesabatlıq prosesində qarşılaşdıqları sualları mütəxəssislərlə birbaşa müzakirə etmək imkanı əldə ediblər. Belə təlimlərin mütəmadi keçirilməsi konsaltinq və mühasibatlıq sahəsində çalışan peşəkarların bilik və bacarıqlarının artırılmasına töhfə verir.
Digər xəbərlər
Azərbaycan Konsaltinqlər Assosiasiyası: xidmət sektorunun yeni nəfəsi
2023-cü il 1 oktyabr tarixində təsis edilmiş Azərbaycan Konsaltinqlər Assosiasiyası (AKA) ölkədə biznes mühitinin davamlı inkişafına dəstək göstərmək və xidmət sektorunda keyfiyyət əsaslı transformasiyanı təşviq etmək məqsədilə fəaliyyət göstərir.