Azərbaycan Konsaltinqlər Assosiasiyası · 2023-cü ildən

Haqqımızda

Azərbaycan Konsaltinqlər Assosiasiyası — konsaltinq sahəsində peşəkar standartların və əməkdaşlığın platforması.

Haqqımızda

Missiyamız

Təsis tarixi
1 oktyabr 2023
Sədr
Quliyeva Əminə Məmmədovna
Ünvan
8 Noyabr 107, Xətai, Bakı, AZ1025

Azərbaycan Konsaltinqlər Assosiasiyası (AKA) 1 oktyabr 2023-cü il tarixində ölkədə biznes mühitinin daha da inkişaf etdirilməsinə və təkmilləşdirilməsinə töhfə vermək məqsədilə yaradılmışdır. Assosiasiyanın əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl sektora məxsus qurumlara yüksək səviyyəli təlim və məsləhət xidmətləri göstərən şirkətlərin peşəkarlıq səviyyəsinin artırılmasıdır.

AKA-nın yaradılması ölkədə konsaltinq sahəsində ixtisaslaşmış kadr potensialının inkişafı və bu sahədə çalışan mütəxəssislər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Assosiasiya, eyni zamanda, təcrübə və bilik mübadiləsi üçün platforma rolunu oynayaraq, üzv şirkətlər arasında şəbəkələşməni gücləndirir.

Bundan əlavə, Assosiasiyanın əsas prioritetlərindən biri də təlim-məsləhət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, xidmət standartlarının beynəlxalq səviyyəyə uyğunlaşdırılması və yerli konsaltinq şirkətlərinin rəqabət qabiliyyətliliyinin artırılmasıdır. AKA bu istiqamətdə müxtəlif layihələr, seminarlar, konfranslar və təlim proqramları həyata keçirərək, həm yerli bazarda, həm də beynəlxalq arenada Azərbaycanda konsaltinq sektorunun güclənməsinə çalışır.

Beləliklə, Azərbaycan Konsaltinqlər Assosiasiyası ölkənin dayanıqlı iqtisadi inkişafına dəstək olmaqla yanaşı, həm də təlim və məsləhət xidmətləri sahəsində müasir yanaşmaların təşviqinə və bu sahənin institusional inkişafına mühüm töhfə verir.

Məqsədlərimiz

  1. Təlim və məsləhət xidmətləri göstərən şirkətlərin peşəkar səviyyəsinin yüksəldilməsi
  2. Konsaltinq sahəsində ixtisaslı kadr potensialının inkişafı
  3. Sahədə effektiv əməkdaşlıq mühitinin qurulması
  4. Yerli və beynəlxalq bazarda rəqabətədavamlı, innovativ və etibarlı konsaltinq mühitinin formalaşdırılması
Fəaliyyət istiqamətləri

Fəaliyyətlərimiz

Strateji Konsaltinq
01

Strateji Konsaltinq

Şirkətlərin uzunmüddətli inkişafı üçün strateji planlaşdırma, bazar təhlili və rəqabət üstünlüyü yaradan həllər təqdim edirik.

Dövlət və Özəl Sektorla Körpü Xidmətləri
02

Dövlət və Özəl Sektorla Körpü Xidmətləri

Dövlət qurumları və özəl sektor arasında institusional dialoqu gücləndirən platformalar və təkliflər paketi formalaşdırırıq.

Üzvlər üçün Şəbəkələşmə İmkanları
03

Üzvlər üçün Şəbəkələşmə İmkanları

Assosiasiya üzvləri üçün müxtəlif təcrübə və bilik mübadiləsinə şərait yaradır, peşəkar əlaqələr qururuq.

Hüquqi və Tənzimləyici Dəstək
04

Hüquqi və Tənzimləyici Dəstək

Üzvlərimizi qanunvericilikdəki dəyişikliklər barədə məlumatlandırır, normativ-hüquqi tələblərə uyğun fəaliyyət göstərmələrinə kömək edirik.

Tədqiqat və Analitik Hesabatlar
05

Tədqiqat və Analitik Hesabatlar

Sahə üzrə aktual trendlər, bazar ehtiyacları və tənzimləyici mühitlə bağlı dərin təhlil və analitik hesabatlar hazırlayırıq.

Peşəkar Təlim və Sertifikasiya
06

Peşəkar Təlim və Sertifikasiya

Konsaltinq sahəsində çalışan mütəxəssislər üçün yerli və beynəlxalq standartlara uyğun təlim proqramları və sertifikasiya imkanları təqdim edirik.

Təsisçilər

Assosiasiyanın təsisçiləri

Assosiasiyanı təsis edən şəxslər. Fotoya klikləyin — şəxs barədə qısa məlumat açılır.

  • Azərbaycan Konsaltinqlər Assosiasiyasının təsisçisi və Sədri. GM Consulting şirkətinin təsisçisidir.

    Təsisçilər
    Quliyeva Əminə Məmmədovna

    Quliyeva Əminə Məmmədovna

    Təsisçi

    GM Consulting

    Azərbaycan Konsaltinqlər Assosiasiyasının təsisçisi və Sədri. GM Consulting şirkətinin təsisçisidir.

  • Azərbaycan Konsaltinqlər Assosiasiyasının təsisçisi və İdarə Heyətinin üzvü. Credence Consulting şirkətinin təsisçisidir.

    Təsisçilər
    Qurbanov Namiq

    Qurbanov Namiq

    Təsisçi

    Credence Consulting

    Azərbaycan Konsaltinqlər Assosiasiyasının təsisçisi və İdarə Heyətinin üzvü. Credence Consulting şirkətinin təsisçisidir.

Rəhbərlik

İdarə Heyəti

Assosiasiyanın idarəetməsini həyata keçirən İdarə Heyətinin üzvləri.

  • Assosiasiyanın ümumi fəaliyyətinə rəhbərlik edir, strateji qərarların qəbulunda əsas rol oynayır və AKA-nı yerli və beynəlxalq platformalarda təmsil edir. Uzun müddət Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında Layihələr Departamentinin direktoru vəzifəsini icra etmişdir. Bununla yanaşı GM Consulting şirkətinin təsisçisidir.

    Rəhbərlik
    Quliyeva Əminə Məmmədovna

    Quliyeva Əminə Məmmədovna

    Sədr

    Assosiasiyanın ümumi fəaliyyətinə rəhbərlik edir, strateji qərarların qəbulunda əsas rol oynayır və AKA-nı yerli və beynəlxalq platformalarda təmsil edir. Uzun müddət Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında Layihələr Departamentinin direktoru vəzifəsini icra etmişdir. Bununla yanaşı GM Consulting şirkətinin təsisçisidir.

  • Assosiasiyanın İdarə Heyətinin üzvüdür. Hal-hazırda Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İdarə Heyətinin sədri vəzifəsini icra edir.

    Rəhbərlik
    Şahbazova Günay Fizuli qızı

    Şahbazova Günay Fizuli qızı

    Üzv

    Assosiasiyanın İdarə Heyətinin üzvüdür. Hal-hazırda Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İdarə Heyətinin sədri vəzifəsini icra edir.

  • Maliyyə və inzibati məsələlər üzrə tövsiyələr verir, AKA-nın büdcəsinin formalaşmasına və icrasına nəzarət edir. Credence Consulting şirkətinin təsisçisidir.

    Rəhbərlik
    Qurbanov Namiq

    Qurbanov Namiq

    Üzv

    Maliyyə və inzibati məsələlər üzrə tövsiyələr verir, AKA-nın büdcəsinin formalaşmasına və icrasına nəzarət edir. Credence Consulting şirkətinin təsisçisidir.

  • Təlim və peşəkar inkişaf proqramlarının hazırlanması və icrasına rəhbərlik edir. Hal-hazırda Falcon Consulting şirkətinin direktoru vəzifəsini icra edir.

    Rəhbərlik
    Qədimli Şahin

    Qədimli Şahin

    Üzv

    Təlim və peşəkar inkişaf proqramlarının hazırlanması və icrasına rəhbərlik edir. Hal-hazırda Falcon Consulting şirkətinin direktoru vəzifəsini icra edir.

  • Beynəlxalq əməkdaşlıq və layihələrin inkişafı üzrə məsuliyyət daşıyır, xarici tərəfdaşlarla əlaqələrin qurulmasına dəstək verir. Hal-hazırda Gənclərin İnkişafı Naminə İctimai Birliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edir.

    Rəhbərlik
    Cəfərli Rəvan

    Cəfərli Rəvan

    Üzv

    Beynəlxalq əməkdaşlıq və layihələrin inkişafı üzrə məsuliyyət daşıyır, xarici tərəfdaşlarla əlaqələrin qurulmasına dəstək verir. Hal-hazırda Gənclərin İnkişafı Naminə İctimai Birliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edir.

  • Hüquqi tənzimləmə, müqavilələr, daxili qaydalar və normativ sənədlərin hazırlanması sahəsində fəaliyyət göstərir. AKA-nın hüquqi maraqlarının qorunmasına dəstək verir. Hal-hazırda Femida Vəkil Bürosunun direktoru vəzifəsini icra edir.

    Rəhbərlik
    Məmmədov Pənah

    Məmmədov Pənah

    Üzv (Hüquq məsələləri üzrə)

    Hüquqi tənzimləmə, müqavilələr, daxili qaydalar və normativ sənədlərin hazırlanması sahəsində fəaliyyət göstərir. AKA-nın hüquqi maraqlarının qorunmasına dəstək verir. Hal-hazırda Femida Vəkil Bürosunun direktoru vəzifəsini icra edir.

  • HR sahəsində ixtisaslaşıb; insan kapitalının inkişafı, kadrların seçimi və peşəkar yönləndirilməsi ilə bağlı təşəbbüsləri həyata keçirir. AKA-nın resurs siyasətinin formalaşdırılmasında iştirak edir. Hal-hazırda HRcell şirkətinin direktoru vəzifəsini icra edir.

    Rəhbərlik
    Əliyev Ağahüseyn

    Əliyev Ağahüseyn

    Üzv (İnsan Resursları üzrə)

    HR sahəsində ixtisaslaşıb; insan kapitalının inkişafı, kadrların seçimi və peşəkar yönləndirilməsi ilə bağlı təşəbbüsləri həyata keçirir. AKA-nın resurs siyasətinin formalaşdırılmasında iştirak edir. Hal-hazırda HRcell şirkətinin direktoru vəzifəsini icra edir.

Üzvlər və tərəfdaşlar

Üzv təşkilatlar

Assosiasiyanın üzvü olan və əməkdaşlıq etdiyi təşkilatlar.

Üzvlər və tərəfdaşlar

Üzvlük

Assosiasiyaya üzv olun

  1. AKA — Azərbaycanda konsaltinq sahəsini birləşdirən, inkişaf etdirən və beynəlxalq səviyyəyə daşıyan əsas platformadır.
  2. Bilik və təcrübə mübadiləsi üçün mütərəqqi bir məkana qoşulun.
  3. Xidmət keyfiyyətinin artırılması və beynəlxalq standartlara inteqrasiya üçün yol göstərici əldə edin.
  4. Dövlət və özəl sektorlar arasında dialoqun dərinləşdirilməsi üçün körpü rolunu oynayın.

AKA-ya üzvlük sizə nə vəd edir?

  • Şirkətinizə etimadı artırır
  • Brendinizi tanıdır
  • Peşəkar təcrübənizi nümayiş etdirir
  • Sahə üzrə məlumat bazası və tədqiqat nəticələrinə çıxış verir
  • Təlim və tədbirlər vasitəsilə şəbəkələşməyə yardım edir
  • İşçi heyətinizin peşəkar inkişafına dəstək verir
  • Konsaltinq sahəsinin gələcəyini formalaşdırmaq imkanı verir
  • Təcrübə mübadiləsi platforması kimi xidmət göstərir
Assosiasiyanın sənədləri

Sənədlər

Assosiasiyanın fəaliyyətini tənzimləyən nizamnamə, etik kodeks və digər rəsmi sənədlər.

  • Nizamnamə

    Assosiasiyanın fəaliyyətini tənzimləyən əsas sənəd — məqsəd və vəzifələr, üzvlük, idarəetmə orqanları, maliyyə və ləğv qaydaları.

  • Etik kodeks

    Üzvlərin peşəkar davranış prinsipləri.

Bütün sənədlər